
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Paolo Zampolli 2026-cı il dünya çempionatında İranın İtaliya ilə əvəz olunmasını təklif edib.
Yeniavaz.com “Financial Times” qəzetinə istinadla xəbər verir ki, o, həm ABŞ Prezidenti Donald Trampa, həm də FIFA prezidenti Canni İnfantinoya bu barədə müraciət edib.
“Mən əslən italyanam və İtaliyanı ABŞ-nin ev sahibliyi etdiyi turnirdə görmək mənim ən böyük arzumdur. Dörd titul qazandıqları üçün onlar dünya çempionatında yer almaq üçün bütün lazımi keyfiyyətlərə malikdirlər”, - deyə Zampolli bildirib.
Qeyd edək ki, İran Dünya Kubokunun G qrupunda Belçika, Yeni Zelandiya və Misirlə qarşılaşacaq.
Xatırladaq ki, İtaliya millisi həlledici seçmə oyununda Bosniya və Herseqovinaya məğlub olaraq turnirə vəsiqə qazana bilməyib.
Tətbiqimizi yükləyə bilərsiniz