
Böyük Britaniya şahzadəsi Harri Kiyevə gözlənilməz səfərə gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kiyev Təhlükəsizlik Forumunun mətbuat xidməti məlumat yayıb.
“Şahzadə Harri Kiyev Təhlükəsizlik Forumunun dəvəti ilə Ukraynaya gəlib”, - forumun “Facebook” səhifəsində bildirilib.
Şahzadənin tədbir iştirakçıları qarşısında çıxış etməsi planlaşdırılır. Onun Ukraynaya son səfəri 2025-ci ilin sentyabr ayında olub.
Qeyd edək ki, şahzadə Harri və həyat yoldaşı Meqan Markl 31 mart 2020-ci ildə Britaniya kral ailəsinin yüksək vəzifəli üzvləüyündən çıxdılar. O vaxtdan bəri cütlük səfərlərdə monarxı rəsmi olaraq təmsil etmək, digər mərasim vəzifələrini yerinə yetirmək və ya Əlahəzrətləri titulundan istifadə etmək imkanını itiriblər. Onlar ABŞ-yə köçüblər və Kaliforniyanın Santa Barbara şəhərində ev alıblar.
Tətbiqimizi yükləyə bilərsiniz