“Çelsi” baş məşqçisini istefaya göndərdi


“Çelsi” baş məşqçisi Liam Rosenyoru istefaya göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Rosenyor uğursuz nəticələrə görə istefaya göndərilib. Belə ki, onun rəhbərliyi altında “Çelsi” ardıcıl beş Premyer Liqa oyununda bir qol belə vurmadan məğlub olub.
İngilsi baş məşqçinin komanda ilə hazırkı müqaviləsi 2032-ci ilə qədər idi.
“Çelsi”nin Rosenyora təzminat kimi 27,6 milyon avro ödəyəcəyi bidirilir.
Qeyd edək ki, “Çelsi” İngiltərə Premyer Liqasında 34 oyundan sonra 48 xalla yeddinci yerdədir. “Arsenal” 33 oyundan sonra 70 xalla turnir cədvəlinə başçılıq edir.

DİGƏR XƏBƏRLƏR

Top