ABŞ Hərbi Dəniz Qüvvələri naziri istefa verdi


ABŞ Müdafiə Nazirliyi Con Felanın Hərbi Dəniz Qüvvələri naziri vəzifəsindən istefa verdiyini elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Pentaqonun ictimaiyyətlə əlaqələr üzrə köməkçi katibi Şon Parnell “X” sosial media platformasında məlumat verib.
O, istefanın səbəbini açıqlamayıb.
Şon Parnell həmçinin, Felanın birinci müavini Hanq Kaonun Hərbi Dəniz Qüvvələri nazirinin səlahiyyətlərini icra edəcəyini bildirib.
Qeyd edək ki, bir neçə investisiya şirkətinin təsisçisi və həmtəsisçisi olan Felan ABŞ Senatı tərəfindən 25 mart 2025-ci ildə Hərbi Dəniz Qüvvələrinin naziri vəzifəsinə təsdiq edilib.
Hərbi Dəniz Qüvvələrinin naziri digər məsələlərlə yanaşı, Hərbi Dəniz Qüvvələrinin maddi-texniki təminatı və maliyyə resurslarından da məsuldur.
Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Quru Qoşujnları nazirləri Prezident Kabinetinin üzvü deyillər.

DİGƏR XƏBƏRLƏR

Top