
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Qurban Qurbanov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Yeniavaz.com xəbər verir ki, 82 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz birinci yer uğrunda qarşılaşmada Adlet Tyulbayevlə (UWW) görüşüb.
Təmsilçimiz finalda rusiyalı idmançıya 4:2 hesabıyla qalib gələrək 2 qat Avropa çempionu olub.
Qeyd edək ki, daha öncə yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) qızıl medal qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz