
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Yeniavaz.com xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz birinci yer uğrunda qarşılaşmada türkiyəli Murat Fıratla görüşüb.
Cəfərov finalda türkiyəli idmançıya 7:5 hesabıyla qalib gələrək 4 qat Avropa çempionu olub.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.
Tətbiqimizi yükləyə bilərsiniz