İlham Əliyevin sosial şəbəkə hesabında Rinkeviçsin səfəri ilə bağlı paylaşım edildi


Prezidenti İlham Əliyev bildirib ki, Latviya Prezidentinin Azərbaycana ilk rəsmi səfəri dostluq əlaqələrini daha da möhkəmləndirəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin sosial şəbəkə hesabında paylaşım edilib.
“Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə Azərbaycan–Latviya münasibətlərini yüksək səviyyəyə qaldırıb. Əminəm ki, Sizin Prezident kimi ölkəmizə ilk rəsmi səfəriniz dostluq əlaqələrimizi daha da möhkəmləndirəcək və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacaq”, - deyə paylaşımda vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top