
ABŞ dəniz blokadasını ləğv edərsə, danışıqlar bərpa oluna bilər.
Yeniavaz.com SNN telekanalına istinadla xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvani bildirib.
“ABŞ-nin dəniz blokadası atəşkəsin pozulmasıdır. Onlar blokadaya son qoymalıdırlar. Əgər blokada ləğv edilərsə, düşünürəm ki, danışıqların növbəti mərhələsi İslamabadda keçiriləcək”, - o qeyd edib.
“Əgər onlar danışıqlar masasına oturmaq istəyirlərsə, biz hazırıq. Amma əgər onlar müharibə yolunu seçmək istəyirlərsə, biz buna da hazırıq”, İrəvani qeyd edib.
O, həmçinin qeyd edib ki, atəşkəs Livan da daxil olmaqla bütün regiona şamil edilməlidir.
Tətbiqimizi yükləyə bilərsiniz