
Bu ilin yanvar-mart aylarında Azərbaycana gələn əcnəbilərin 29,8 faizi və ya 144,3 min nəfəri ölkəyə quru yolla daxil olub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablamaya görə, ötən ilin eyni dövrü ilə müqayisədə quru yolla ölkəyə daxil olan əcnəbilərin sayı dəyişməz qalıb. Bu il olduğu kimi, ötən ilin yanvar-mart aylarında Azərbaycana gələn əcnəbilərin 144,3 min nəfəri ölkəyə quru yolla daxil olub.
Onu da qeyd edək ki, bu ilin yanvar-mart aylarında quru yolla xaricə gedən Azərbaycan vətəndaşlarının sayı isə 131,2 min nəfər olub. Bu da ölkəni tərk edən şəxslərin 29%-ni təşkil edib.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə quru yolla xaricə gedən Azərbaycan vətəndaşlarının sayı isə 139,3 min nəfər (29,7%) olub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz