İran Hörmüz boğazında iki gəmini saxladı


İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) donanması Hörmüz boğazından keçməyə çalışan iki gəmini saxlayaraq onları İran sahillərinə qədər müşayiət edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə SEPAH-a istinadla “Mehr” agentliyi məlumat yayıb.
“Dəniz təhlükəsizliyini təhdid edən, lazımi icazələri olmayan və naviqasiya sistemlərinə müdaxilə edən MSC FRANCESCA (Panama bayrağı altında üzən) və EPAMINODAS (Liberiya bayrağı altında üzən) gəmiləri SEPAH Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirilərək İran sahillərinə aparılıb”, - agentlik qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top