
Parlament seçkilərində qalib gələn “Tisa” partiyasının lideri Peter Madyar 9 mayda Macarıstanın Baş naziri kimi and içəcək.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə səhifəsində bildirib.
“9 mayda, Baş nazir kimi rəsmi andiçmə mərasimindən sonra, Budapeştdəki Koşuta Meydanında, Parlamentin yanında siyasi dəyişikliyi qeyd etmək üçün bayram tədbiri keçirəcəyik”, - deyə Madyar qeyd edib.
Qeyd edək ki, 12 apreldə keçirilən parlament seçkilərində “Tisa” partiyası səslərin 55,2%-ni toplayıb. Partiya parlamentdəki 199 yerdən 141 yeri təmin edib və bununla da konstitusiyaya əsasən üçdə iki çoxluğa sahib olub. Viktor Orban məğlubiyyətini etiraf edib və 16 illik hakimiyyətdən sonra istefa verdiyini elan edib.
Tətbiqimizi yükləyə bilərsiniz