Daha bir İran gəmisi atəşə tutuldu


Oman körfəzində daha bir İran yük gəmisinə atəş açılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları Koordinasiya Mərkəzi (UKMTO) məlumat verib.
Məlumata görə, gəmiyə dəyən ziyan barədə heç bir məlumat yoxdur.
Mərkəzin qeyd etdiyinə görə, hadisə İranın 8 dəniz mili qərbində baş verib.
Hazırda gəminin suda hərəkətsiz dayandığı və ekipajın təhlükəsizlikdə olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top