
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu ərazisindən keçən hissəsində yol qəzası baş verib.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata görə, “Shacman” markalı iki yük avtomobilinin toqquşması nəticəsində sürücü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 1983-cü il təvəllüdlü sürücü - İmanov Xaləddin Sədrəddin oğlunu xilas ediblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Tətbiqimizi yükləyə bilərsiniz