
“SpaceX” süni intellekt (Sİ) sahəsindəki rəqiblərinə çatmaq üçün “Cursor” şirkətini 60 milyard dollara satın almaq üçün müqavilə bağlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.
Məlumata görə, daha əvvəl süni intellekt startapı olan “xAI”ı satın alan “SpaceX”in açıqlamasına görə, məqsəd şirkətlərin dünyanın ən yaxşı süni intellektini yaratmaq üçün birlikdə fəaliyyət göstərməsidir.
Nəşrin məlumatına görə, İlon Mask ümid edir ki, “Cursor” proqram təminatı mühəndislərinin süni intellekt alətlərinin hazırlanmasındakı təcrübəsi ona rəqiblərinə çatmağa kömək edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz