
“Barselona”nın keçmiş müdafiəçisi Rafael Markes 2026-cı il Dünya Kubokundan sonra Meksika millisinin baş məşqçisi təyin olunacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə Meksika Futbol Federasiyasının prezidenti Duilio Davino məlumat verib.
Onun sözlərinə görə, müqavilə 2026-cı ildən 2030-cu ilə qədər qüvvədə olacaq. Bu müddət 2030-cu il Dünya Kubokunu da əhatə edəcək.
Qeyd edək ki, hazırda 47 yaşlı mütəxəssis Meksika millisində baş məşqçi Xavyer Aqirrenin köməkçisi vəzifəsini yerinə yetirir.
Xatırladaq ki, Meksika ABŞ və Kanada ilə yanaşı qarşıdan gələn 2026-cı il Dünya Kubokuna ev sahibliyi edəcək. Komanda A qrupunda yer alacaq və rəqibləri Cənubi Afrika, Cənubi Koreya və Çexiya olacaq. Turnir bu il 11 iyun - 19 iyul tarixlərində keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz