Tramp İrana vaxt verdi


ABŞ administrasiyası İrana danışıqlar masasına qayıtmaq üçün bir neçə gün vaxt vermək niyyətindədir, əks halda hərbi əməliyyatlar yenidən başlaya bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.
Onlardan birinə görə, Tramp iranlıların işlərini yoluna qoyması üçün atəşkəsi daha üç-beş gün uzatmağa hazırdır. O əlavə edib ki, atəşkəsin uzadılması qeyri-müəyyən müddətə olmayacaq.
Amerikalı rəsminin sözlərinə görə, diplomatik səylərə bir az daha vaxt vermək qərara alınıb. O, bildirib ki, qərarın səbəblərindən biri Amerika və Pakistan vasitəçilərinin İranın Ali Lideri Müctəba Xameneidən son təklifə cavab gözləməsidir. Başqa bir israilli mənbə isə bildirib ki, Xameneinin çərşənbə günü bu təklifə cavab verəcəyi gözlənilir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl “Truth Social” sosial media platformasında İranla atəşkəsi uzatdığını bildirmişdi. İran isə ABŞ-dən atəşkəsin uzadılmasını istəmədiyini qeyd etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top