
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Toyota Abşeron Center” MMC (VÖEN – 3101648411) olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti “Toyota Abşeron Center” MMC-dən dəyəri 71 min 200 manat olan 1 ədəd avtomobil alacaq.
Bildirilir ki, istehsal ili 2026-cı il olan qara rəngli avtomobilin mühərrik gücü 2400 kub sm. olmalı və benzilə işləməlidir.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Toyota Abşeron Center” MMC 10 yanvar 2015-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 000 manat olan MMC-nin hüquqi ünvanı Xırdalan şəhəri, Bakı-Sumqayıt Şossesi, ev 6 KM-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Fərid Ədalət oğludur.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz