Joze Mourinyo “Real Madrid”ə qayıda bilər


Joze Mourinyo “Real Madrid”ə qayıda bilər - bu variant Madrid klubunun rəhbərliyi tərəfindən ciddi şəkildə nəzərdən keçirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Goal.com” portalı mənbəyə istinadla məlumat yayıb.  
Mənbənin məlumatına görə, “Real Madrid”in prezidenti Florentino Peres portuqaliyalı mütəxəssisin “Santyaqo Bernabeu”ya mümkün qayıdışını müzakirə etmək üçün “Benfika”nın hazırkı baş məşqçisi ilə görüşməyi planlaşdırır.
Klub son mövsümlərin nəticələrindən narazıdır və mümkün məşqçi dəyişikliyinə hazırlaşır.
Qeyd edək ki, Mourinyo əvvəllər 2010-cu ildən 2013-cü ilə qədər “Real Madrid”ə rəhbərlik edib və orada La Liqa və Kral Kubokunu qazanaraq “Barselona”nın dominantlığına son qoyub.
Bir mənbənin verdiyi məlumata görə, istefasına baxmayaraq, o, Pereslə münasibətləri hörmətlə davam etdirir.
Digər tərəfdən, məşqçinin özü də Madridə qayıtmaq fikrinə açıqdır, baxmayaraq ki, o, hazırda “Benfika”da işləməyə davam edir.
Eyni zamanda, klub məşqçi dəyişikliyi etmək qərarına gələcəyi təqdirdə, o, komandanı yenidən qurmaq üçün əsas namizədlərdən biri hesab olunur. Mourinyodan başqa “Real Madrid”in namizədlər siyahısında Yurgen Klopp, Maurisio Poçettino və Didye Deşam da var.

DİGƏR XƏBƏRLƏR

Top