
Bu ilin ilk rübündə Azərbaycan banklarının faiz gəlirləri 1 milyard 332,5 milyon manat olub.
Yeniavaz.com xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların faiz gəlirləri 200,5 milyon manat və ya 17,7% artıb.
Azərbaycanda ən çox faiz gəliri əldə edən bank “Kapital Bank” ASC olub. Bu bankın son 3 aydakı faiz gəliri 308,7 milyon manat olub. İkinci sırada dövlət bankı olan “Azərbaycan Beynəlxalq Bankı” (ABB) yer alır. ABB-nin son 3 aydakı faiz gəliri 295,1 milyon manata çatıb.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən 21 bankın ümumi faiz gəlirlərinin 56%-i və ya 747,9 milyon manatı 3 bankın – “Kapital Bank”, ABB və “Paşa Bank”ın payına düşüb.
Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin ilk 3 ayındakı faiz gəlirləri aşağıdakı kimi olub:
Kapital Bank – 308.7 milyon manat
ABB – 295.1 milyon manat
PAŞA Bank – 144.1 milyon manat
Bank Respublika – 79.0 milyon manat
Unibank KB – 69.6 milyon manat
AccessBank – 69.5 milyon manat
Xalq Bank – 51.5 milyon manat
Bank of Baku – 50.7 milyon manat
Yelo Bank – 50.6 milyon manat
Rabitəbank – 38.3 milyon manat
Azər Türk Bank – 36.3 milyon manat
TuranBank – 28.1 milyon manat
Ziraat Bank Azərbaycan – 25.9 milyon manat
Expressbank – 22.5 milyon manat
Yapı Kredi Bank Azərbaycan – 15.7 milyon manat
AFB Bank – 11.1 milyon manat
Azərbaycan Sənaye Bankı – 11.0 milyon manat
Premium Bank – 9.7 milyon manat
Bank VTB (Azərbaycan) – 9.6 milyon manat
Bank Avrasiya – 4.3 milyon manat
Bank Melli İran Bakı filialı – 1.4 milyon manat
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz