
Lenin mavzoleyi 23 apreldən 17 maya qədər ziyarətçilər üçün bağlı olacaq.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Federal Mühafizə Xidmətinin mətbuat xidmətinə istinadla məlumat yayıb.
Məlumata görə, bu müddət ərzində ziyarətçilərin mavzoleyə və ya Kreml divarının yaxınlığındakı nekropola girməsinə icazə verilməyəcək.
Mavzoleyin bağlanmasının səbəbi açıqlanmayıb.
Qeyd edək ki, Mavzoley adətən çərşənbə axşamı, çərşənbə, cümə axşamı, şənbə və bazar günləri Moskva vaxtı ilə saat 10:00-dan 13:00-dək ziyarətçilər üçün açıq olur.
Xatırladaq ki, 2025-ci ildə də mavzoley və nekropol 23 apreldən 19 maya qədər bağlanmışdı. Bu qərar Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə hazırlıq və tədbirlərlə əlaqədar olaraq qəbul edilmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz