
Bu gün futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı məlum olacaq.
Yeniavaz.com xəbər verir ki, yarımfinalın ikinci cavab oyununda “Sabah” öz meydanında “Qarabağ”ı qəbul edəcək.
“Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Qeyd edək ki, komandaların ilk oyunu 2:2 hesabı ilə heç-heçə nəticələnib.
Xatırladaq ki, “Sabah” - “Qarabağ” oyununun qalibi finalda “Zirə” ilə qarşılaşaçaq.
Tətbiqimizi yükləyə bilərsiniz