
Ərazisi İslam respublikasına hücumlar üçün istifadə olunarsa, İran Fars körfəzi ölkələrindəki neft obyektlərinə zərbə endirə bilər.
Yeniavaz.com “Mehr” xəbər agentliyinə istinadla xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Məcid Musəvi bildirib.
“Cənub qonşularımız başa düşməlidirlər ki, əgər onların coğrafi mövqeyi və infrastrukturu düşmənlərin İrana hücum etməsi üçün istifadə olunarsa, neft hasilatına əlvida demək məcburiyyətində qalacaqlar”, - Musəvi bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz