
Tehran razılaşma üçün vahid təklif təqdim edənə qədər İrana qarşı atəşkəs və dəniz blokadası davam edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə səhifəsində bildirib.
Ağ Ev rəhbəri Pakistanın Baş naziri Şahbaz Şərif və Pakistanın Baş Qərargah rəisi, feldmarşal Asim Munirdən atəşkəsin uzadılması ilə bağlı xahiş aldığını qeyd edib.
Tramp həmçinin qeyd edib ki, İran rəhbərliyi hazırda ciddi şəkildə bölünüb və buna görə də, ABŞ Tehran yekun sülh təkliflərini təqdim edib müzakirələri başa çatdırana qədər hərbi əməliyyatlara başlamayacaq.
Tramp həmçinin Pentaqona İslam Respublikasının blokadasını davam etdirməyi və tam döyüş hazırlığını qorumağı əmr etdiyini bildirib.
Digər tərəfdən, İranın “Tasnim” xəbər agentliyi mənbələrə istinadla bildirib ki, İran ABŞ-dən atəşkəsin uzadılmasını istəməyib.
“İran atəşkəsin uzadılması ilə bağlı Amerika tərəfinə heç bir müraciət etməyib”, - agentliyin mənbəsi bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz