
“ABŞ iki həftə əvvəl imzalanmış atəşkəs sazişini pozub”.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi sosial şəbəkə hesabında yazıb.
“İranın limanlarının blokadası müharibə aktı və buna görə də atəşkəsin pozulmasıdır. Ticarət gəmisinə hücum etmək və onun heyətini girov götürmək daha da ciddi bir pozuntudur”, - nazir bildirib.
Əraqçi qeyd edib ki, İran öz maraqlarını necə qorumağı və təzyiqə qarşı durmağı bilir.
Xatırladaq ki, ABŞ və İran aprelin 8-i müvəqqəti iki həftəlik atəşkəs imzalayıblar. Atəşkəsin 21 apreldə başa çatacağı gözlənilirdi, lakin ABŞ Prezidenti Donald Tramp onu əlavə bir gün, 22 aprel axşamına qədər uzadıb.
ABŞ və İranın İslamabadda ikinci danışıqlar raundu keçirməsi gözlənilirdi, lakin ABŞ ordusu İranın limanlarını blokadaya aldığından Tehran öz nümayəndələrini göndərməkdən imtina edib.
Tətbiqimizi yükləyə bilərsiniz