
“Barselona” və İspaniya milli komandasının hücumçusu Lamin Yamal “İnter Mayami”nin hücumçusu Lionel Messi haqqında danışaraq onu özünə nümunə adlandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Laureus World Sports Awards”ın mətbuat xidməti sosial mediada paylaşım edib.
“Leo Messi bütün dövrlərin ən yaxşı futbolçusudur. Əgər o, bütün dövrlərin ən yaxşı idmançısı deyilsə, şübhəsiz ki, onların arasındadır. Hamı ona nail olduğu nailiyyətlərə görə hörmət edir və ümid edirəm ki, onun izi ilə gedə bilərəm”, - Yamal deyib.
Qeyd edək ki, Messi 2023-cü ildən “İnter Mayami"də oynayır. Onun klubla müqaviləsi 2028-ci ilə qədərdir.
Tətbiqimizi yükləyə bilərsiniz