
Sülh danışıqları zamanı Ukrayna rəsmiləri ABŞ Prezidenti Donald Trampın şərəfinə Donetsk vilayətinin hazırda Ukraynanın nəzarəti altında olan hissəsinin “Donnieland” adlandırılmasını təklif ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti danışıqlara yaxın mənbələrə istinadən məlumat yayıb.
Nəşrin mənbələrinə görə, Ukraynalı danışıqçılardan biri ilk dəfə bu termini “bir qədər zarafatla” qeyd edib. Bu, ABŞ nümayəndələrini öz tərəflərinə çəkmək cəhdi idi. NYT-nin məlumatına görə, bu termin sonradan danışıqlarda istifadə olunmağa davam edib, lakin rəsmi sənədlərdə bu barədə heç bir qeyd edilməyib.
Nəşrin məlumatına görə, Ukraynalı danışıqçılardan biri hətta “ChatGPT”dən istifadə edərək “Donnieland” üçün yaşıl və qızılı bayraq və himn yaradıb. Bunların ABŞ nümayəndələrinə göstərilib-göstərilmədiyi bəlli deyil.
Tətbiqimizi yükləyə bilərsiniz