
Mütəxəssislər, Kiyevin sözlərinə görə, Rusiya hərbi hücumu nəticəsində zədələnmiş “Drujba” neft kəmərinin bir hissəsində təmir işlərini başa çatdırıblar.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.
“Boru kəməri fəaliyyətini bərpa edə bilər. Heç kim Rusiyanın boru kəməri infrastrukturuna yenidən hücum etməyəcəyinə zəmanət verə bilməsə də, mütəxəssislərimiz boru kəməri sistemini və avadanlıqlarını bərpa etmək üçün əsas şərtləri təmin ediblər”, - Zelenski bildirib.
Qeyd edək ki, “Drujba” boru kəməri yanvar ayından bəri işləmir. Ukrayna Rusiyanın pilotsuz təyyarəsinin hücumundan sonra bağlandığını iddia edib.
Tətbiqimizi yükləyə bilərsiniz