Pakistan danışıqlarda iştirakla bağlı ABŞ və İrandan təsdiq aldı – AP


İran və ABŞ Pakistana İslamabadda keçiriləcək yeni danışıqlar raundunda iştirak edəcəklərini təsdiqləyiblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Associated Press” agentliyi yerli rəsmilərə istinadla məlumat verib.
Onların sözlərinə görə, Pakistan hakimiyyəti İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibafın, eləcə də ABŞ-nin vitse-prezidenti C.D. Vensin 22 aprel səhəri İslamabada gələcəyinə dair təsdiq alıb.
Qeyd edək ki, CNN telekanalı daha əvvəl mənbələrə istinadla ABŞ-İran danışıqlarının ikinci mərhələsinin 22 apreldə keçiriləcəyini bildirmişdi. ABŞ nümayəndə heyətinə ABŞ-nin vitse-prezidenti C.D. Vens rəhbərlik edəcək. “Al-Hadath” telekanalındakı mənbənin məlumatına görə, ABŞ və İran nümayəndə heyətləri danışıqlarda iştirak etmək üçün çərşənbə axşamı eyni vaxtda İslamabada gələcəklər. Lakin İran əvvəllər ABŞ ilə danışıqlarda iştirak edib-etməmək barədə hələlik heç bir qərar verilmədiyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top