Luka Modriç Xorvatiyada “İlin futbolçusu” seçildi – 14-cü dəfə…


“Milan”ın yarımmüdafiəçisi Luka Modriç Xorvatiyanın “İlin futbolçusu” mükafatına layiq görülüb.
Yeniavaz.com
xəbər verir ki, o, bu mükafatı ardıcıl 10-cu dəfə qazanıb.
Ümumilikdə isə Modriç Xorvatiyanın “İlin futbolçusu" mükafatına 14 dədə layiq görülüb.
Qeyd edək ki, Modriç 2025-ci ilin yayında “Milan”a azad agent kimi qoşulub. Bu mövsüm o, “Milan”da 35 oyunda iki qol vurub və üç məhsuldar ötürmə edib.
Futbolçu əvvəllər “Real Madrid”də oynayıb. Kral Klubunda keçirdiyi 13 il ərzində Modriç altı dəfə Çempionlar Liqasını, dörd dəfə İspaniya liqasının titulunu və iki dəfə Kral Kubokunu qazanıb. 39 yaşlı yarımmüdafiəçi həmçinin hər biri beş dəfə İspaniya Super Kubokunu, Klublararası Dünya Kubokunu və UEFA Super Kubokunu qazanıb. 2024-cü ildə Modriç “Real Madrid” ilə Qitələrarası Kuboku qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top