ABŞ tezliklə Yaxın Şərqə üç təyyarədaşıyan gəmi yerləşdirə bilər


ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırmaqda davam edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, “USS Gerald R. Ford” və “USS Abraham Lincoln” təyyarədaşıyan gəmiləri artıq bölgədədir, “USS George H.W. Bush” təyyarədaşıyan gəmisi isə Afrikadan yan keçərək yola düşür və yaxın həftələrdə onlara qoşula bilər.
Bu fonda əgər “USS George HW Bush” ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına daxil olarsa, bu, Vaşinqtonun eyni anda Yaxın Şərqdə üç təyyarədaşıyan gəmiyə sahib olacağı nadir bir vəziyyət olacaq.

DİGƏR XƏBƏRLƏR

Top