İran milli komandasının 2026-cı il Dünya Kubokunda iştirak şərtlərini açıqladı


İran milli komandası oyunçularının təhlükəsizliyi təmin edildiyi təqdirdə 2026-cı il FIFA Dünya Kubokunda iştirak edə bilər.
Yeniavaz.com
“Tasnim” agentliyinə istinadla xəbər verir ki, bu barədə İslam Respublikasının idman naziri Əhməd Donyamali məlumat verib.
“Əgər milli komanda oyunçularının ABŞ-dəki təhlükəsizliyi təmin olunarsa, biz Dünya Kubokuna gedəcəyik. Lakin iştirakla bağlı qərarı hökumət və İranın Ali Milli Təhlükəsizlik Şurası verəcək”, - deyə agentlik onun sözlərini sitat gətirib.
Qeyd edək ki, martın 13-də Əhməd Donyamali İranın milli komandasının 2026-cı il Dünya Kubokundakı oyunlarını ABŞ-dən Meksikaya köçürmək istədiyini və Mexiko ilə danışıqlar apardığını bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top