
UFC (Mütləq Döyüş Çempionatı) Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə çoxillik əməkdaşlıq müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Müqaviləyə əsasən, 2028-ci ilədək Bakıda hər il UFC Fight Night tədbirlərinin keçirilməsi planlaşdırılır. Bu çərçivədə ilk tədbir - UFC FIGHT NIGHT BAKU 27 iyun, şənbə günü Milli Gimnastika Arenasında baş tutacaq.
Tətbiqimizi yükləyə bilərsiniz