
İrlandiyanın Kilder qraflığında bütöv bir kənd – Lions kəndi satışa çıxarılıb.
Yeniavaz.com “Bild” qəzetinə istinadla xəbər verir ki, kəndin yeni sahibi 20 milyon avroya Dublin yaxınlığında daş evlər, restoran, kilsə, su dəyirmanı və böyük mülkdən ibarət tarixi kompleks əldə edə bilər.
Nəşrin məlumatına görə, kənd bir vaxtlar xarabalığa çevrilib, lakin 1990-cı illərdə “Ryanair”in təsisçisi Toni Rayanın rəhbərliyi altında bərpa edilib.
Əmlakın təsvirində deyilir ki, bərpa işləri kəndin tarixi xarakterini qorumaq məqsədi daşıyıb. 2016-cı ildən bəri kompleks investor Barri O'Kallaqana məxsusdur və o, orada “Cliff at Lyons” lüks otelini açan şəxsdir.
Lions kəndi təkcə daşınmaz əmlak kimi deyil, həm də tarixi bir kənd kimi satılır. Kənd otel kompleksi və ya şəxsi yaşayış yeri kimi istifadə üçün təklif olunur.
Tətbiqimizi yükləyə bilərsiniz