II Elizabetə üç metrlik abidə ucaldılacaq


Britaniya hakimiyyəti Kraliça II Elizabetin Londonun mərkəzində ucaldılacaq abidəsinin dizaynının təfərrüatlarını açıqlayıb.  
Yeniavaz.com
xəbər verir ki, bu, dörd metrlik postament üzərində quraşdırılmış üç metrlik bürünc heykəl olacaq.
Heykəlin obrazı 1955-ci ildə çəkilmiş, gənc Kraliçanın Qarter Ordeninin xalatını geyinmiş portretinə əsaslanır.
Heykəl, Sent Ceyms Parkındakı memorial kompleksinin yanındakı Mell küçəsində yerləşdiriləcək. Onun arxasında hərbi-dəniz formasında əri Şahzadə Filipin heykəli ucaldılacaq.
Abidənin layihəsi “Foster + Partners” memarlıq firması tərəfindən hazırlanır. Kompleksin 2028-ci ilə qədər tamamlanması gözlənilir.
Hakimiyyət orqanları həmçinin arxivləri, media materiallarını və müasirlərinin kraliça ilə bağlı xatirələrini özündə cəmləşdirən rəqəmsal bir memorial abidəsi yaratmağı planlaşdırır.
Qeyd edək ki, II Elizabet 8 sentyabr 2022-ci ildə 96 yaşında vəfat edib. O, 70 ildən çox hakimiyyətdə olub və onun yerinə III Çarlz gəlib.

DİGƏR XƏBƏRLƏR

Top