Yuxudan gec oyanan şagirdlər bu fənlərdən daha yüksək nəticə əldə ediblər – Araşdırma


Dərslərin daha gec başlaması şagirdlərin həm yuxu rejiminə, həm də təhsil göstəricilərinə müsbət təsir göstərir.
Yeniavaz.com
xəbər verir ki, bu nəticələr Sürix Universitetinin apardığı tədqiqatda yer alıb.
Araşdırma İsveçrənin Qossau şəhərində yerləşən orta məktəblərdən birində aparılıb. Tədqiqat 14 yaşlı şagirdlər arasında həyata keçirilib. Məktəb şagirdlərə dərs gününə 7:30 və ya 8:30-da başlamaq imkanı verib.
Şagirdlər eyni sorğunu iki dəfə doldurublar. Birinci dəfə dərslər köhnə qaydada, yəni 7:30-da başlayanda, ikinci dəfə isə yeni sistem tətbiq olunduqdan sonra, yəni dərslər 8:30-da başlayanda. Ümumilikdə 754 cavab təhlil edilib.
Nəticələrə görə, şagirdlərin 95 faizi dərsə daha gec başlamağı seçib. Bu dəyişiklik onların gündəlik rejiminə də təsir edib. Şagirdlər orta hesabla 38 dəqiqə daha gec dərsə başlayıb, səhərlər isə təxminən 40 dəqiqə daha gec oyanıblar.
Yatma vaxtı dəyişmədiyi üçün bu, birbaşa yuxu müddətinin artmasına gətirib çıxarıb. Beləliklə, yeniyetmələr gecə orta hesabla 45 dəqiqə daha çox yatıblar.
Eyni zamanda şagirdlərin təhsil göstəricilərində də irəliləyiş qeydə alınıb. Belə ki, səhər daha gec oyanan şagirdlər ingilis dili və riyaziyyat fənləri üzrə daha yüksək nəticələr əldə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top