Uşaqları dilənçiliyə cəlb edənlər 500 manatadək cərimə olunacaqlar


Dilənçilik fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşdirilir.
Yeniavaz.com
xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində yer alıb.
Layihəyə əsasən, dilənçilik edən şəxslərə əvvəlcə xəbərdarlıq ediləcək və ya onlar 100 manatdan 200 manatadək cərimə olunacaqlar. Əgər bu tədbirlər kifayət etməzsə, törədilən əmələ və şəxsin xüsusiyyətlərinə uyğun olaraq 10 günədək inzibati həbs də tətbiq oluna bilər.
Bundan əlavə, yetkinlik yaşına çatmayanların dilənçiliyə cəlb edilməsinə görə daha sərt cəzalar nəzərdə tutulur. Belə hallarda 200 manatdan 500 manatadək cərimə tətbiq ediləcək, zəruri sayıldıqda isə 15 günədək inzibati həbs qərarı verilə bilər.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılıb və üçüncü oxunuşda qəbul olunub.

DİGƏR XƏBƏRLƏR

Top