
Fransa Prezidenti Emmanuel Makron mayın 5-də Ermənistana rəsmi səfər edəcək.
Yeniavaz.com Ermənistan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Xaçatryanla Fransanın Yerevandakı səfiri Olivye Dekottinyi arasında keçirilən görüşdə məlumat verilib.
Məlumata görə, səfər İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammiti çərçivəsində ba.ş tutacaq.
Görüş zamanı tərəflər ikitərəfli gündəlikdəki bir sıra məsələləri müzakirə ediblər.
Qeyd edək ki, Fransa Prezidentinin Ermənistana ilk səfəri 2018-ci ilin oktyabr ayında baş tutmuşdu. 2023-cü ildə Ermənistan mətbuatı Makronun 21 sentyabrda (Ermənistanın Müstəqillik Günü) gələcəyini yazmışdı, lakin bu səfər baş tutmamışdı.
Tətbiqimizi yükləyə bilərsiniz