Metronun fəaliyyəti bərpa olundu – Yenilənib


“Bakı Metropoliteni” QSC-nin fəaliyyəti bərpa olunub.
Yeniavaz.com
“Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib.
“Yaranmış narahatlığa görə sərnişinlərdən bir daha üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik”, - deyə metro bəyan edib.

***14:49
Bakı Metropoliteninin fəaliyyəti saat 15:00-da bərpa ediləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə ”Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

***13:33 

”Bakı Metropoliteni” QSC-nin “Qara Qarayev–Nərimanov” mənzilində hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ”Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
“Yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək. Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir, göstərilən anlayış üçün təşəkkür edirik”, - məlumatda qeyd olunub.

***12:37 
Bakı metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
İlkin məlumata əsasən, bu gün saat 12:10-da "Ulduz" - "Nərimanov" mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.
Təhlükəsizlik məqsədilə "Ulduz" və "Nərimanov" stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların "Nərimanov" - "Əhmədli" istiqamətində hərəkəti məhdudlaşdırılıb.
Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top