İranda 138 min mülki obyektə ziyan dəyib – SNN


Eskalasiyanın əvvəlindən bəri İranda təxminən 138 min mülki obyekt Amerika və İsrail qüvvələrinin zərbələri nəticəsində zərər görüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın SNN telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, bunlara 113 mindən çox yaşayış binası, təxminən 23,5 min kommersiya binası, 300-dən çox tibb müəssisəsi, 32 universitet və 993 təhsil müəssisəsi daxildir.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, böyük şəhərlər zərbələrə məruz qalıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə hücum edərək genişmiqyaslı cavab əməliyyatı elan edib. Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı ABŞ hədəflərinə də zərbələr endirilib. Aprelin 7-də ABŞ Prezidenti Donald Tramp İslam Respublikası ilə iki həftəlik qarşılıqlı atəşkəs elan edib.

DİGƏR XƏBƏRLƏR

Top