Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi


Bu ilin ilk üç ayında Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artım göstərib.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, hesabat dövründə yeni tikililərdə qiymətlər daha sürətlə yüksələrək 13,1 faiz artıb. Köhnə mənzillərin daxil olduğu təkrar bazarda isə artım 8,1 faiz təşkil edib.
Ötən ilin son rübü ilə müqayisədə də bazarda bahalaşma müşahidə olunub. Belə ki, ümumi mənzil qiymətləri 2,2 faiz artıb. Bu müddətdə yeni tikililərdə qiymətlər 1,8 faiz, təkrar bazarda isə 2,2 faiz yüksəlib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top