İstehlak kreditlərinin yarıdan çoxu 3 bankın payına düşüb – Tam siyahı


Bu ilin ilk rübünün yekununa olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən 16 milyard 178,9 milyon manat istehlak krediti verilib.
Yeniavaz.com
 xəbər verir ki, banklar tərəfindən verilən istehlak kreditlərinin yarıdan çoxu – 8 milyard 274,1 milyon manatı 3 bankın – “Kapital Bank”, “Paşa Bank” və Azərbaycan Beynəlxalq Bankının (ABB) payına düşüb.
Ən çox istehlak krediti verən bank ABB olub. Belə ki, bu bank 1 aprel tarixinə kimi 3 milyard 526,8 milyon manat istehlak krediti verib və bu göstərici son 3 ayda 0,5% azalıb.
Ən az istehlak krediti verən bank isə İran Milli Bankının Bakı fililalı olub. Bu bank cəmi 1,5 milyon manat istehlak krediti ayırıb.
Qeyd edək ki, son 3 ayda istehlak kreditlərini ən çox artıran bank “AFB Bank” olub. Bu bankın istehlak kreditləri son 3 ayda 17,5% artıb. İstehlak kreditləri ən çox azalan bank isə “Bank Avrasiya” olub. Bu bankın istehlak kreditləri son 3 ayda 7,8% azalıb.
Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilən istehlak kreditləri belə olub:
Banklar İstehlak kreditləri
(milyon manat)
ABB 3 526.8
PAŞA Bank 3 015.1
Kapital Bank 1 732.3
Bank Respublika 1 087.1
Xalq Bank 1 040.4
AccessBank 1 019.5
Ziraat Bank Azərbaycan 702.5
Yelo Bank 671.6
Unibank KB 622.5
Rabitəbank 417.6
Premium Bank 364.0
TuranBank 352.8
Azərbaycan Sənaye Bankı 349.8
Yapı Kredi Bank Azərbaycan 331.1
Azər Türk Bank 276.4
Expressbank 201.0
AFB Bank 186.7
Bank of Baku 156.5
Bank VTB (Azərbaycan) 72.5
Bank Avrasiya 51.2
Bank Melli İran Bakı filialı 1.5

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top