Lamin Yamal ilin gənc idmançısı seçildi


“Barselona” klubunun və İspaniya millisinin hücumçusu Lamin Yamal “Laureus World Sports Awards” tərəfindən dünyanın ən yaxşı gənc idmançısı seçilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mükafatlandırma mərasiminin mətbuat xidməti məlumat yayıb.
“Laureus World Sports Awards” keçən il ispaniyalı cinah oyunçusunu “İlin Ən Yaxşı Nailiyyəti” mükafatının qalibi elan etmişdi.
Qeyd edək ki, “Laureus World Sports Awards” mükafatı idman aləminin “Oskar”ı kimi tanınır.
Xatırladaq ki, Yamal bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 44 oyun keçirib, 23 qol vurub və 16 məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR

Top