
ABŞ-nin əmək naziri Lori Çaves Derimer istefa verib.
Yeniavaz.com xəbər verir ki, Ağ Evin kommunikasiya direktoru Stiven Çun bu barədə bəyanat yayıb.
Çun təfərrüatları açıqlamadan Çaves Derimerin administrasiya vəzifəsindən ayrılacağını və özəl sektorda vəzifə tutacağını elan edib.
O əlavə edib ki, əmək naziri vəzifəsini müvəqqəti olaraq Kit Sonderlinq icra edəcək.
Çun bu qərarın təfərrüatları barədə məlumat verməyib.
Qeyd edək ki, bundan əvvəl Amerika mediası Çaves Derimerin davam edən istintaqla əlaqədar əmək naziri vəzifəsindən istefa verəcəyini bildirmişdi.
Xatırladaq ki, Çaves Derimer Donald Trampın ikinci müddətində vəzifəsindən azad edilən üçüncü nazirdir. Belə ki, 5 martda Kristi Noem daxili təhlükəsizlik naziri, 2 apreldə isə Pem Bondi ABŞ ədliyyə naziri - baş prokuror vəzifəsindən istefa vermişdi.
Tətbiqimizi yükləyə bilərsiniz