
ABŞ-İran danışıqlarının ikinci raundu çərşənbə günü, 22 apreldə keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
ABŞ-nin vitse-prezidenti C.D. Vens Amerika nümayəndə heyətinə rəhbərlik edəcək və çərşənbə axşamı səhər Pakistana yola düşəcək.
CNN-in məlumatına görə, İran nümayəndə heyətinə İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf rəhbərlik edəcək.
Qeyd edək ki, İran daha əvvəl ABŞ ilə danışıqlarda iştirak edib-etməmək barədə heç bir qərar qəbul edilmədiyini bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz