Yaralanan ABŞ hərbçilərinin sayı 415-ə çatdı


İrana qarşı əməliyyatın başlanğıcından bəri ən azı 415 amerikalı hərbçi yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Pentaqon yenilənmiş məlumatlara istinadla bildirib.
Pentaqonun bildirdiyinə görə, əvvəllər elan edilmiş müvəqqəti atəşkəsə baxmayaraq, itkilərin sayı artıb. Ancaq ABŞ Müdafiə Nazirliyi hərbçilərin yaralanma şəraitini və vaxtını dəqiqləşdirməyib.
Yenilənmiş məlumata görə, döyüşlər zamanı Quru Qoşunlarında 271, Hərbi Dəniz Qüvvələrində 63, Dəniz Piyadaları Korpusunda 19, Hərbi Hava Qüvvələrində 62 hərbçi yaralanıb.
Məlumatda qeyd olunur ki, yaralıların əksəriyyəti artıq xidmətə qayıdıb.
ABŞ Silahlı Qüvvələrinin Birgə Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin əvvəllər bildirdiyi kimi, Amerika hərbçilərinin əksəriyyəti İranın dron hücumları nəticəsində yaralanıb.
Digər tərəfdən, əməliyyat zamanı altısı Küveytdə, biri isə Səudiyyə Ərəbistanında olmaqla, on üç amerikalı hərbçi həlak olub. Qalanları ABŞ tanker təyyarəsinin qəzasında həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top