“ABŞ-nin təhdidləri fonunda danışıqlar qəbuledilməzdir” – Qalibaf


Vaşinqton təhdid etməyə davam edərsə, İran ABŞ ilə danışıqlar aparmayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “X” sosial şəbəkə səhifəsində bildirib.
“ABŞ Prezidenti Donald Tramp danışıqları təslim müqaviləsinə çevirmək istəyir. Lakin biz daimi təhdidlər atmosferində aparılan dialoqu qəbul etmirik”, - o qeyd edib.
İran parlamentinin spikeri əlavə edib ki, ölkəsi döyüş meydanında yeni güc balansını nümayiş etdirməyə hazırdır və onun sözlərinə görə, son iki həftədir ki, buna hazırlıqlar aparılır.

DİGƏR XƏBƏRLƏR

Top