
Bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsində ilk cavab qarşılaşması baş tutacaq.
Yeniavaz.com xəbər verir ki, ilk finalçının kim olacağı Zirə FK ilə Turan Tovuz FK arasında keçiriləcək oyundan sonra bəlli olacaq. İlk görüşdə “Zirə” 2:0 hesabı ilə üstünlük qazanıb.
Digər finalçının adı isə sabah oynanılacaq Sabah FK – Qarabağ FK matçından sonra müəyyənləşəcək.
Yarımfinalın cavab oyunu bu gün, 21 aprel tarixində keçiriləcək. Qarşılaşmanı hakimlər Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov və Rəşad Əhmədov idarə edəcək. Oyun “Zirə”nin ev stadionunda saat 19:00-da başlayacaq.
Tətbiqimizi yükləyə bilərsiniz