
“Pari Sen Jermen” (PSJ) “Laureus World Sports Awards” tərəfindən ilin ən yaxşı idman komandası seçilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə mükafatlandırma mərasiminin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, parislilər 2025-ci ildə altı kubok qazanıblar, o cümlədən ilk dəfə Çempionlar Liqası tituluna sahib olublar.
Bununla da, PSJ İngiltərənin qadınlardan ibarət milli futbol komandasını, 2025-ci il Avropa Çempionatının qalibini, Milli Basketbol Assosiasiyasının (NBA) çempionu “Oklahoma Siti Tander”i, “Formula 1” Konstruktorlar Çempionatının qalibi “McLaren”i, eləcə də, Hindistanın qadınlardan ibarət milli kriket komandasını və Avropa qolf komandasını geridə qoyub.
Qeyd edək ki, “Laureus World Sports Awards” mükafatı idman aləminin “Oskar”ı kimi tanınır.
Tətbiqimizi yükləyə bilərsiniz