Tehranın hava limanları fəaliyyətini bərpa etdi


Tehranın Mehrabad və İmam Xomeyni hava limanları fəaliyyətini bərpa edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatı məlumat yayıb.
“İmam Xomeyni və Mehrabad hava limanlarında sərnişin uçuşlarının həyata keçirilməsinə icazə 1405-ci ilin 31 fərvərdini (Miladi təqvimi ilə 20 aprel 2026-cı il) verilib”, - məlumatda deyilir.
Qeyd edilib ki, İranın Kermanşah, Rəşt, Şiraz, Yəzd və Zahedan da daxil olmaqla, daha 10 şəhərindəki hava limanları şənbə günü fəaliyyətini bərpa edəcək.

DİGƏR XƏBƏRLƏR

Top