Külək əsir, yağış yağır – Faktiki hava


Azərbaycanın bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur, yağıntılar intensiv xarakterlidir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 20-si saat 17:00 olan məlumatında qeyd edilib.
Belə ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Daşkəsən, Gədəbəy, Tərtər, Bərdə, Naftalan, Göygöl, Gəncə, Şəmkir, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Xızı, Quba, Şabran, Mingəçevir, Göyçay, Zərdab, Neftçala və Yardımlıda arabir yağış yağır.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 21, Goranboyda 19, Naftalanda 18 m/s-dək güclənir.

DİGƏR XƏBƏRLƏR

Top